Meta Pixel - vebsaytınıza yerləşdirilən (Head ) kiçik bir kod parçasıdır. Bu kod vasitəsi ilə veb-saytınıza daxil olan istifadəçilərin davranışlarını Meta (Facebook və Instagram) vasitəsilə izləyə, ölçə və hədəf reklam kampaniyaları qura bilərsiniz.
İstifadəçilərin hansı səhifələrə daxil olduğunu izləmək
Satış, qeydiyyat və digər dönüşümləri ölçmək
Reklam büdcəsini daha səmərəli istifadə etmək
Yenidən hədəfləmə (retargeting) kampaniyaları yaratmaq
Rəqəmsal marketinq dünyasında uğurlu nəticələr əldə etmək üçün müştərilərin davranışlarını izləmək və düzgün analiz etmək çox vacibdir. Bu məqsədlə istifadə olunan ən güclü vasitələrdən biri Meta Pixel-dir. Əvvəllər Facebook Pixel kimi tanınan bu alət, indi Meta ekosisteminin əsas analitika vasitəsi kimi təqdim olunur.
Bu yazıda Meta Pixel nədir, nə üçün istifadə olunur və necə qoşulur mövzularını ətraflı izah edəcəyik. Əgər onlayn reklam kampaniyaları aparırsınızsa və daha çox dönüşüm (conversion) əldə etmək istəyirsinizsə, Meta Pixel sizin üçün vacib bir addım olacaq.
Biznesiniz varsa və reklam edirsinizsə, Meta Pixel olmadan kampaniyalarınız natamam qalacaq. Çünki bu vasitə:
1. Dönüşümləri ölçməyə kömək edir
Meta Pixel vasitəsilə reklam kampaniyalarınızın real nəticələrini görə bilərsiniz. Məsələn, neçə nəfər məhsulu səbətə əlavə edib, amma almayıb və ya neçə nəfər ödənişi tamamlayıb.
2. Yenidən hədəfləmə (Retargeting) imkanı yaradır
Saytınıza daxil olan, amma alış etməyən və ya formu doldurmayan müştərilərə sonradan yenidən reklam göstərə bilərsiniz. Bu, satış şansınızı artırır.
3. Lookalike Audience yaratmağa imkan verir
Meta Pixelin topladığı məlumatlar sayəsində biznesinizə uyğun yeni auditoriyalar (lookalike audience) qura bilərsiniz. Bu auditoriyalar sizə bənzər maraqlara sahib insanlara çatmağa imkan yaradır.
Meta Pixelin işləmə prinsipi sadədir. Kod parçası saytınıza əlavə edildikdən sonra, istifadəçilər hər hansı bir fəaliyyət göstərdikdə (məsələn, səbətə məhsul əlavə etdikdə), bu məlumat avtomatik olaraq Metaya ötürülür.
Page view - səhifəni ziyarət edən istifadəçi
Add to cart - məhsulu səbətə əlavə edən istifadəçi
Purchase - satın almanı tamamlayan istifadəçi
Lead - istifadəçi formu doldurur və ya qeydiyyatdan keçir
Search - sayt daxilində hər hansı məhsulu axtaran istifadəçi
1: Meta Business hesabı yaradın
Meta Pixeldən istifadə etmək üçün əvvəlcə Meta Business Manager hesabınız olmalıdır. Əgər hələ hesabınız yoxdursa, business.facebook.com saytına daxil olub qeydiyyatdan keçin.
2: Pixel yaradın
Meta Business hesabına daxil olun.
“Events Manager” bölməsinə keçid edin.
“Connect Data Sources” seçin və “Web” üzərinə klikləyin.
“Meta Pixel” seçin və ad verin.
3: Pixel kodunu vebsayta yerləşdirin
Pixel kodu yaradıldıqdan sonra sizə HTML kod parçası təqdim olunacaq. Bu kodu saytınızın <head> bölməsinə yerləşdirin. Əgər WordPress istifadə edirsinizsə, “Header & Footer Scripts” və ya “pixelyoursite” kimi pluginlərdən faydalana bilərsiniz.
4: Pixeli test edin
Kod yerləşdirildikdən sonra “Meta Pixel Helper” adlı brauzer əlavəsi ilə yoxlaya bilərsiniz. Əlavə, kodun düzgün işləyib-işləmədiyini sizə göstərəcək.
5: Hadisələri (Events) qurun
Meta Pixel yalnız səhifə ziyarətlərini deyil, həm də xüsusi fəaliyyətləri izləyə bilər. Məsələn, “AL” düyməsinə klikləmə və ya Element Visibility.
Meta Business hesabına (business.facebook.com) daxil ol.
Events Manager bölməsinə keç.
Yeni Pixel yarad və ya mövcud Pixeli seç.
“Settings” hissəsinə daxil ol və “Dataset İD” kodunu kopyala.
tagmanager.google.com saytına keç.
Saytın üçün yaratdığın Containeri seç.
Tags bölməsinə keç və New düyməsinə bas.
Tagə ad ver .
Tag Configuration seç və daha sonra Facebook pixel seç.
Dataset ID’ni yerləşdir.
Trigger bölməsinə daxil ol.
All Pages seç və trigger bütün səhifələrdə işləyəcək.
Bundan sonra yaratdığın Eventləri pixelə əlavə edə bilərsən.
Pixel kodunu səhv yerləşdirmə ötürülən məlumatların səhvliyinə yol aça bilər. Ona görə də hər zaman yoxlamaq vacibdir.
İstifadəçilərin məlumatlarının izlənildiyini bildirmək üçün saytınızda cookie banner yerləşdirin.
Pixel yalnız məlumat toplayır. Əsas nəticə isə toplanan məlumatlara əsaslanaraq reklam kampaniyalarınızı optimallaşdırmaqla əldə olunur.
Əldə etdiyiniz məlumatlarla kimlərin reklamlarınızı gördüyünü dəqiq müəyyən edə bilərsiniz.
Yalnız real müştəri potensialı olan insanlara reklam göstərmək mümkündür.
Çox vaxt yeni başlayanlar Meta Pixel və Google Analytics’i qarışdırır. Hər iki alət analitika üçün istifadə olunur, amma fərqli məqsədlərə xidmət edir.
Meta Pixel əsasən reklam kampaniyalarının effektivliyini ölçmək, dönüşümləri izləmək və hədəfləmə üçün məlumat toplamaq üçün istifadə olunur.
Google Analytics saytınızın ümumi performansını izləmək, istifadəçilərin mənbələrini, davranışlarını və trafik qaynaqlarını analiz etmək üçündür.
Meta Pixel - Meta (Facebook və Instagram) platformaları ilə əlaqəli məlumatları toplayır və reklam hədəfləməsinə yönəlib.
Google Analytics - bütün trafik mənbələrini izləyir: Google, sosial media, e-mail marketinq, hətta birbaşa girişləri belə.
Meta Pixel - reklam büdcəsinin optimizasiyası, retargeting və lookalike audience yaratmaq üçün daha uyğundur.
Google Analytics - SEO, kontent strategiyası və ümumi istifadəçi davranışlarını öyrənmək üçün əvəzolunmazdır.
Ən yaxşı nəticə üçün Meta Pixel və Google Analyticsi birlikdə istifadə etmək tövsiyə olunur. Beləliklə, həm reklam performansınızı, həm də saytınızın ümumi trafiki və istifadəçi davranışlarını eyni anda izləyə bilərsiniz.
Ən Çox Verilən Suallar
Səsli axtarış Digital Marketinqi necə yönləndirir?
Səsli axtarışları optimallaşdırmaq üçün 7 məsləhət!
İnfluencer marketingi nədir?
SMM nədir?
Digital Marketing nədir?
Kontent nədir ?
Remarketinq nədir?
Google Ads nədir?
Email marketing nədir?
Rəqəmsal marketinqlə ənənəvi marketinqin fərqi nədir?
Data analitika nədir?
ChatGPT nədir?